Virtual icma

Virtual icma, həmçinin internet-icma, virtual cəmiyyət və ya internet-cəmiyyət — qarşılıqlı maraq və ya məqsədləri həyata keçirmək üçün potensial olaraq coğrafi və siyasi sərhədləri keçən, spesifik sosial media vasitəsilə əlaqə quran fərdlərin sosial şəbəkəsi. Ən geniş yayılmış virtual icmalardan bəziləri sosial şəbəkə xidmətləri altında fəaliyyət göstərən onlayn icmalardır.

Hovard Reynqold 1993-cü ildə nəşr olunan "The Virtual Community" kitabında virtual icmalardan bəhs etmişdir. Kitabın müzakirəsi Reynqoldun "The WELL"dəki sərgüzəştlərindən, kompüter vasitəçiliyi ilə kommunikasiyadan, sosial qruplardan və informasiya elmindən ibarətdir. İstinad edilən texnologiyalara "Usenet", MUD-lər və onların törəmələri MUSHMOO, "Internet Relay Chat" (IRC), çat otaqları və elektron poçt siyahıları daxildir. Reynqoldun həmçinin virtual icmaya mənsub olmağın şəxsi psixoloji rifah, eləcə də bütövlükdə cəmiyyət üçün potensial faydalarını qeyd edir. Eyni zamanda, işə cəlb edilməsinin virtual təcrübə icmalarına müsbət təsir etdiyini göstərmişdir.[1]

Virtual icmaların hamısı qarşılıqlı əlaqəni təşviq edir, bəzən xüsusi bir maraq ətrafında və ya sadəcə ünsiyyət qurmaq üçün fokuslanır. Bəzi virtual icmalar hər ikisini edir. İcma üzvlərinə müxtəlif vasitələrlə ortaq bir həvəs üzərindən qarşılıqlı əlaqəyə icazə verilir: mesaj lövhələri, çat otaqları, sosial şəbəkələr ümumdünya hörümçək torunun saytları və ya virtual dünyalar.[2] Üzvlər adətən icma dünyasına bağlanır, hər gün bütün gün saytlara daxil olur və çıxır, bu, şübhəsiz ki, asılılığa çevrilə bilər.[3]

  1. Haas, Aurore; Abonneau, David; Borzillo, Stefano; Guillaume, Louis-Pierre. "Afraid of engagement? Towards an understanding of engagement in virtual communities of practice". Knowledge Management Research & Practice (ingilis). 19 (2). 2021-04-03: 169–180. doi:10.1080/14778238.2020.1745704. ISSN 1477-8238. 13 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2022.
  2. Hof, R. D., Browder, S., Elstrom, P. (5 May 1997). Internet Communities. Business Week.
  3. Ridings, Catherine M.; Gefen, David. "Virtual Community Attraction: Why People Hang Out Online". Journal of Computer-Mediated Communication. 10 (1). 2006-06-23: 00. doi:10.1111/j.1083-6101.2004.tb00229.x. ISSN 1083-6101. 17 January 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2022.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search